"Region Gənclərinin I Sahibkarlıq Forumu”
13 fevral 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

Gənclərin ədəbiyyata olan maraqlarını artırmaq, istedadlı gənclərə dəstək məqsədilə 13.02.2019-cu il tarixdə Gənclər Evinin kitabxanasında Şirvan Gənclər Evinin təşəbbüsü ilə həvəskar gənclərin şeirlərindən ibarət çap olumuş “Gənc yazarların şeirlər toplusu” adlı kitabın təqdimatı keçirilmişdir. Tədbirdə Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları, Şirvan Gənclər Evinin Ədəbiyyat dərnəyinin üzvləri, gənc yazarlar iştirak etmiş və qələmə aldıqları şeirləri səsləndirmişdirlər. Çap olmuş kitabdan Şirvan şəhər Mərkəzi Kitabxanasına hədiyyə olunmuşdur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.