1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr edilmiş maarifləndici tədbir
01 dekabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Qızıl Aypara Cəmiyyətinin Suraxanı rayon bölməsinin birgə təşəbbüsü ilə 01 dekabr 2016-cı il tarixdə rayon Gənclər Evində 1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr edilmiş maarifləndici tədbir keçirilmişdir.

Tədbir zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin nümayəndəsi, pediatr Mətanət Qaraxanova iştirakçılara xəstəlik barədə geniş və ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

Daha sonra Qadın İnkişaf Cəmiyyətinin Suraxanı rayon şöbəsinin müdiri Şövkət Xanməmmədova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin psixoloji dəstək proqramının koordinatoru, həkim-psixiatr İsmayıl Atayev,

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, HİV, Vərəm və Malyariya üzrə Ölkə Əlaqələndirici Komissiyasının Vərəm üzrə QHT işçi qrupunun sədri, “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı çıxış edərək QİÇS-lə mübarizə, ona yoluxma səbəbləri və QİÇS-dən qorunmaq yolları barədə, İİV virusunun aşkar olunma tarixi, dünya liderlərinin bu virusla mübarizəyə dair qəbul etdikləri proqramlar haqqında çox geniş məruzə etmişdirlər.

Tədbir zamanı 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə gününü simvolizə edən qırmızı lentin birlik rəmzi olduğu, məhz bu gün dünya əhalisinin birlik olaraq tam sağalması mümkün olmayan bu xəstəliklə mübarizə aparmağı qeyd edilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.