"Özümlə tanış olmağa şadam” adlı seminar keçirildi
17 fevral 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

17.02.2019-cu il tarixində saat 11:00 da “Gəncə Gənclər Evi”ndə “Loqos” psixoloji və nitq inkişaf mərkəzinin psixoloqu Taciyə Mehdisoy tərəfindən “Özümlə tanış olmağa şadam” adlı seminar keçirildi.

Bu seminarda gənclər uğurun mənbəyinin xarakter olduğunu,xarakterin də əsas özəyinin özünü tanımaq,özünü sevmək və özünə inanmaq təşkil etdiyini öyrəndilər.

Seminarda 30 nəfər gənc iştrak etmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.