Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov "Saatlı Gənclər evi"-nin qonağı oldu.
13 fevral 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

13 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası dövlət və ictimai-siyasi xadimi, tanınmış jurnalist və publisist, Azərbaycan Mətbuat Şurasının Sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov "Saatlı Gənclər evi"-nin qonağı oldu. Gənclərlə və seçiciləri ilə görüş keçirən millət vəkili onları dinlədi. Saatlı Gənclər evinə yaradılan şəraitə görə təşəkür edən Əflatun müəllim son aylar Saatlı Gənclər evinin fəaliyyətini sosial şəbəkələrdən izlədiyini və gənclər üçün görülən işləri, keçrilən tədbirləri qənaətbəxş olduğunu qeyd etdi. Budan sonrakı fəliyyətındə uğurlar arzuladı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.