“Motivasiyada BİZ” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir
13 fevral 2019 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı Gənclər Evi tərəfindən "Motivasiyada BİZ" layihəsi çərçivəsində 140 Nömrəli Tam Orta Məktəbdə şəxsi inkişafa aid növbəti təlim keçirilmişdir. Layihə çərçivəsində təlimlərin davamlı olaraq keçirilməsi və rayon gənclərini əhatə etməsi nəzərdə tutulub. Təlimin fəal iştirakçıları sertifikatlar ilə təltif olunmuşdur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.