Mirzəyeva Sadər Nofəl qızının “Hər kəs bizə baxır “ adlı layihəsinin növbəti tədbiri
fevral 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

“Saatlı Gənclər Evi “ sosial xidmət müəssisəsi və Azərbaycan Gənclər Fondunun XI qran müsabiqəsinin qalibi Mirzəyeva Sadər Nofəl qızının “Hər kəs bizə baxır “ adlı layihəsinin növbəti tədbiri keçrildi. Tədbirdə ümumilikdə 60-dan çox rayon gənci iştirak edirdi. Tədbiri “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Əzizağa Quliyev giriş sözü ilə açdı. Gənclər evi tərəfindən həyta keçrilən sosial layihələr, onların gənclərin həyatında oynadığı roldan danışan natiq Gənclər Fondununda gənclərin təkliflərinin qiymətləndirilməsi və tədbirlərinin təşkilindəki maliyyə dəstəyinin mahiyyətini diqqətə çatdırdı. Daha sonra Layihə rəhbəri Sadər Mirzəyeva milli-mənəvi dəyərlərimiz haqqında danışıb, gənclərə tövsiyyələr verdi. Təlimçi Rəsulova Fitat gənclərlə gənclərin milli-mənəvi dəyərlərimiz haqqında fikirləri öyrənildi. Sonda layihə iştirakçıları ilə xatirə şəkili çəkdirildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.