“Fövqəladə vəziyyətlərdə təhlükəsizlik tədbirlərinin gənclər arasında təbliği” adlı tədbir
15 fevral 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

15 fevral 2019-cu il tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsində “Fövqəladə vəziyyətlərdə təhlükəsizlik tədbirlərinin gənclər arasında təbliği” adlı tədbir keçirildi. Tədbiri “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Əzizağa Quliyev giriş sözü ilə açdı. Daha sonra “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsin əməkdaşı Xanımbikə Əliyeva və Mirəli Məmmədov tədbir iştirakçılarına fövqəladə halların ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola biləcəyindən və fövqəladə hal yarandıqda nə etmək lazım olduğu haqqında geniş məlumat verdi. Tədbirin keçiriliməsində məqsəd ¬– Gənclər arasında təhlükəsizlik tədbirlərinin, fövqəladə vəziyyətlər zamanı ilkin tibbi yardımların göstərilməsinin təbliği, fövqəladə vəziyyətlərin qarşısının alınması yollarının təbliği idi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.