“Könüllü fəaliyyətinlə seçil” mövzusunda təlim-seminar
12 fevral 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

12 Fevral 2019 - cu il tarixdə Şirvan Gənclər Evində gənclərin könüllük hərəkatının stimullaşdırılması və intensivləşdirilməsi məqsədilə “ Könüllü fəaliyyətinlə seçil ” mövzusunda təlim-seminar keçirildi. Seminarda Gənclər Evinin könüllüləri ilə bərabər könüllü fəaliyyətə qoşulmaq istəyən gənclər də iştirak etdi və könüllük fəaliyyətinin üstünlükləri haqqında məlumatlandırıldılar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.