"İmtahan müddətinə hazırlıq və bacarıqların inkişaf etdirilməsi" mövzusunda seminar
07 fevral 2019 | Suraxanı rayonu, Azərbaycan Respublikası

7 fevral tarixində Suraxanı Gənclər Evi tərəfindən Bakıxanov Hazırlıq Mərkəzində gənc abituriyentlərə dəstək məqsədi ilə "İmtahan müddətinə hazırlıq və bacarıqların inkişaf etdirilməsi" mövzusunda növbəti seminar keçirilmişdir. Seminarın fəal iştirakçıları sertifikat və hədiyyələr ilə təltif olunmuşdur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.