Suraxanı Gənclər Evinin təşkilatçılığı ilə 2 fevral Gənclər günü münasibətilə görüş keçirilib
02 fevral 2019 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Görüş zamanı çıxış edən Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova tərəfindən 2 fevral Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunduğu və bu günün 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunduğu vurğulanıb.

Eyni zamanda çıxış edən fəal gənclər ölkəmizin təbliği, gənclərin inkişaf istiqamətləri, könüllülük xidməti eləcə də, gənclər sahəsi ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparmışlar.

Gənclər günü münasibətilə göstərdikləri fəaliyyətlərinə görə bir qrup gənclər təşəkkürnamə ilə təltif olunub.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.