Yuxarı sinif şagirdləri ilə məlumatlandırıcı görüşlər
07 fevral 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

Şirvan Gənclər Evinin fəaliyyəti haqqında yeniyetmə və gəncləri məlumatlandırmaq məqsədilə 06.02.2019-cu il tarixdə Şirvan şəhər 9 nömrəli orta məktəbin, 07.02.2019-cu il tarixdə Şirvan şəhər 18 nömrəli lisey məktəbin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə Gənclər Evinin bütün kurs, dərnək və klubları haqqında ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Görüşlərdə Gənclər Evinin fəaliyyətini əks etdirən buklet paylanılmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.