“Nə? Harada? Nə zaman?” İntellektual oyunu
02 dekabr, 2016 | Qaradağ rayonu, Azərbaycan Respublikası

“Nə? Harada? Nə zaman?” İntellektual oyununda rayon məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 10 komanda (4 əsas oyunçu, 2 ehtiyat oyuncu) iştirak etmişdir. Tədbirdə IV İslam oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizə olan inam və etimadın əyani göstəricisi olduğu, Azərbaycanın özünü dünya miqyasında beynəlxalq oyunlara ev sahibliyi etməyi yüksək səviyyədə həyata keçirən bir ölkə kimi tanındığı qeyd edilmişdir.

Münsiflər heyəti tərəfindən oyunun qayda və şərtləri izah edildikdən sonra oyuna start verilmişdir.

Əsasnaməyə uyğun keçirilən yarışda komandaların topladığı ballara görə I yerə 319 nömrəli, II yerə 228 nömrəli, III yerə 253 nömrəli məktəblərin komandaları layiq görülmüşdür. Qaliblər xatirə hədiyyələri və diplomlarla təltif edilmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.