“Mikro, kiçik və orta sahibkarlar üçün, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı” online təlim
31 yanvar 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesinin İnkişafı Agentliyinin təşkilatçılığı ilə, 31 yanvar 2019-cu il tarixində, mikro, kiçik və orta sahibkarlar üçün, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı, Gəncə şəhər Gənclər Evinin akt zalında, online təlim keçirilmişdir. Tədbirdə Gəncə şəhər və ətraf rayonlardan, ümumilikdə 80 nəfər sahibkar iştirak etmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.