“Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir!” adlı tədbir
07 fevral 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

07 fevral 2019-cu il tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsində “Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir!” adlı tədbir keçirildi. Tədbiri “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Əzizağa Quliyev giriş sözü ilə açdı. Daha sonra layihə rəhbəri Lamiyə Əliyeva tədbir iştirakçılarına Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərimoğlu İbrahimov haqqında məlumat verdi. Sonda Mübariz İbrahimovun həyatı haqqında film nümayiş olundu. Tədbirin keçiriliməsində məqsəd ¬– vətən uğrunda canından keçmiş qəhraman oğul və qızlarmızı gənclərimizə örnək göstərmək,milli vətənpərvərlik hisslərinin təbliği istiqamətində görülən işlərə tövhə verməkdən ibarət idi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.