"İntellektual klubların Gənclər kuboku" intellektual çoxnövçülük turniri”
02-03 fevral 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Gənclər evinin intellektual klubundan möhtəşəm zəfər. Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə 2-3 fevral tarixlərində Bakı Konqres Mərkəzində Gənclər Günü münasibətilə "İntellektual klubların Gənclər kuboku" intellektual çoxnövçülük turniri keçirilmişdir. Turnir özündə 90 sualdan ibarət "Nə? Harada? Nə zaman? oyununu, "Breyn-Rinq" və "Erudit Kvartet" oyunlarını birləşdirmişdir. Turnirin sonunda Gəncə komandası "İntellektual klubların Gənclər kuboku" intellektual çoxnövçülük turnirinin "Regionlar Kuboku"nda II yerə sahib olmuşdur.

68 komanda iştirak etmişdir, Gəncəni 2 komanda təmsil edirdi. "Gəncə" və "Kəpəz" komandaları.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.