“Karyera yoxsa ailə həyatı?” adlı tədbir
7 fevral 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

07 fevral 2019-cu il tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Saatlı şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbdə “Karyera yoxsa ailə həyatı?” adlı tədbir keçirildi. Layihə rəhbəri Günay Quliyeva gənclərə gələcəkdə hansı peşəyə yiyələnmək,hansı sahədə daha çox özlərini görmək və sınamaq, karyeranın insan həyatında daha çox önəm kəsb etdiyi haqqında məlumat verdi. Sonda gənclərin fikirləri öyrənildi. Tədbirin keçirilməsində məqsəd – gənclərdə erkən nigahların qarşısının alınması, gənclərin gələcək fəaliyyət dairələrinin genişləndirilməsi və əlaqələrinin qurulmasına istiqamətləndirilməsi idi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.