“Gəncliyimiz Azərbaycanın gələcəyidir” mövzusunda musiqili əyləncəli tədbirr
31 yanvar 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

31 yanvar 2019 - cu il tarixdə Şirvan Gənclər Evinin musiqi zalında “2 Fevral-Gənclər Günü” münasibətilə musiqili əyləncəli tədbir keçirildi. Tədbirdə bir sıra idarə və müəsisə rəhbərləri, Şirvan şəhərində yerləşən N saylı hərbi hissənin əsgər heyəti, Gənclər Evinin könüllüləri, kurs və dərnək üzvləri iştirak etdilər. Tədbirin açılışında Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov və Şirvan Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev gəncləri təbrik etdi və tövsiyələrini bildirdilər. Gənclər Evinin fəaliyyəti ərzində xüsusi fəallıq göstərən gənclər fəxri fərmanla təltif olundular. Tədbir Gənclər Evində fəaliyyət göstərən dərnək üzvləri və könüllülərin ifasında musiqi nömrələri ilə davam etdi. İşarət dili kursunun müəllimləri əsgərlərimiz üçün “Cənab leytenant” mahnısını işarət dilində ifa etdilər. Rəqs kursunun müəllimlərinin rəqsi, istedadlı gəncimizin “Nəlbəki rəqsi” tədbirə xüsusi rəng qatdı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.