“Gəncliyimiz Azərbaycanın gələcəyidir” mövzusunda mədəni-kütləvi tədbir
31 yanvar 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

31 yanvar 2019 - cu il tarixdə Şirvan Gənclər Evinin akt zalında “2 Fevral-Gənclər Günü” münasibətilə mədəni-kütləvi tədbir keçirildi. Tədbirdən öncə Şirvan Gənclər Evinin əməkdaşları və könüllüləri ilə birlikdə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət olundu və tər güllər düzüldü. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Mərdan Camalov, həmçinin bir sıra idarə və müəsisə rəhbərləri, Şirvan şəhərində yerləşən N saylı hərbi hissənin əsgər heyəti, şəhərin ictimai-fəal gəncləri iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Şirvan Gənclər Evinin fəaliyyətini əks etdirən video-çarx nümayiş olundu. Şəhərin müxtəlif sahələri üzrə uğur qazanmış fəal gəncləri təltif olundular. “2 Fevral-Gənclər Günü” münasibətilə Şirvan şəhərinin gənc yazarlarının şeirlərinin çap olunduğu kitab və istedadlı gənclərimizin əl işlərindən ibarət sərgi nümayiş olundu.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.