“II GƏNCLƏR KUBOKU” yarışı baş tutub
27 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

2 fevral Gənclər Günü münasibətilə “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin və “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin dəstəyi ilə Mingəçevir İntellektual Oyunlar Klubunun təşkil etdiyi “II GƏNCLƏR KUBOKU” yarışı baş tutub.

Youthportal.az xəbər verir ki , yarışda çıxış edən “İşıqlı Gələcək” GİB-in icraçı direktoru Rəşad Qurbanov qeydiyyatdan keçib yarışa qoşulan bütün komandalara uğurlar diləyib. R.Qurbanov qarşıdan gələn 2 fevral Gənclər Günü münasibətilə gəncləri təbrik edib və onlara gələcək karyera və şəxsi həyatlarında uğurlu bir gənc olmalarını arzu edib.

"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə 45 sualdan ibarət “II GƏNCLƏR KUBOKU” şəhərin və yaxın regionların təmsil olunduğu yarışda komandalar 3 mərhələ üzrə səsləndirilən suallara cavab veriblər. 10 komandanın iştirak etdiyi intellektual oyunda Ağdaşın Panteon komandası komandası I, Mingəçeviri təmsil edən GO II komandası ikinci, Legends komandası isə III yerin sahibi olub. Sonda ilk üç yerin qalibi olan komandalara sertifikatlar, birinci yeri tutan komandaya isə “II GƏNCLƏR KUBOKU” və hədiyyələr təqdim edilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.