2 fevral Gənclər Günü münasibətilə tədbir
31 yanvar 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

31 yanvar 2019-cu il tarixində Saatlı rayon İcra Hakimiyyətinin, "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin, Saatlı rayon Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsində 2 fevral gənclər günü münasibətilə tədbir keçirildi. Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoymaqla başladı. Tədbirdə "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə keçirilən şahmat yarışının, "Mini futbol turniri"nin, Yazı-İnşa müsabiqəsinin, Siyasi biliklər olimpiadasının, şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.