Yeniyetmələr arasında “Mini futbol turniri”
30 yanvar 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

30 yanvar 2019-cu il saat 11:00 tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə yeniyetmələr arasında “Mini futbol turniri” keçirildi. Tədbirin keçirilməsində məqsəd – gənclərdə idmana olan marağın artırılması idi.

Qalib komandalar:
1.Araz komandası 1-ci yer;
2.Muğan komandası 2-ci yer.

Yarışın qalibləri 2 fevral gənclər günündə “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən mükafatlandırılacaq.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.