“Regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi” adlı layihənin növbəti təlimi
24 noyabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, şəhər Gənclər Evinin təşkilati dəstəyi ilə “Regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi” adlı layihənin təlimlərinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi - könüllülük ideyasının gənclər arasında təşviq edilməsi, könüllülərin formalaşdırılması, icma-könüllü əməkdaşlığının qurulması, eləcə də, zəruri təbliğat və maarifləndirmə işlərinin aparılması, gənclərdə könüllülük işinə marağın yaradılması, könüllülər qrupunun formalaşdırılması və birgə layihələrin icra olunmasından ibarətdir.

2017-ci ildə Bakı şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunları kimi böyük ölçülü və iri həcmli bir tədbirin təşkili zamanı qonaqların qəbul olunması, idman sahəsində işlərin görülməsi, eləcə də fəxri qonaqlara köməklik göstərilməsi kimi müxtəlif vəzifələri icra etmək üçün könüllü qruplarına böyük ehtiyac duyulur. Bu baxımdan qeyd olunan layihənin həyata keçirilməsi İslam Həmrəyliyi Oyunlarında da gənclərdən ibarət könüllü klublarının yaradılmasına tövhə vermiş olacaqdır.

İki ay davam edəcək layihənin təlimlərində 400 nəfər gəncin iştirakı nəzərdə tutulub. Həmçinin sonda iştirakçılardan ibarət Könüllülük Məktəbi formalaşacaqdır. Təlimləri uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunacaq, bununla da onlar formalaşan Könüllülük Məktəbinin üzvü kimi fəaliyyət göstərəcəklər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.