Turqut Əlibəylinin “Gənclərin sosial dünyası” layihəsinə yekun vurulub
16 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Turqut Əlibəylinin “Gənclərin sosial dünyası” layihəsinə yekun vurulub. Təlimin sonuncu günündə gənclər linkeldin, twitter, google və digər sosial şəbəkələrdə məlumat paylaşımını öyrəniblər. Sonra gənclər qruplar şəklində Facebook və İnstagram sosial şəbəkələrində layihənin təbliği ilə bağlı müxtəlif tapşırıqları yerinə yetirib, bir sıra funksiyaları praktiki olaraq tətbiq ediblər. Sonda sertifikatla təltif olunan layihə iştirakçıları xatirə şəkli çəkdiriblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.