“Gənclərin sosial dünyası” layihəsinin növbəti təlimi baş tutub
16 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Gənclərin sosial dünyası” layihəsinin növbəti təlimi baş tutub. Gənclər təlimin ikinci günündə sosial mediyada xəbərlərin paylaşılması, peşəkar jurnalistlərlə əlaqə, xəbərlərin axtarışı ilə bağlı məlumat əldə edib, sosial şəbəkələrin, xüsusilə facebook, instagram, watsappın özünəməxsus təyinatını öyrəniblər. Eyni zamanda sahə üzrə təlimdə iştirak edən peşəkar jurnalist Esmira Hidayətova gənclərin sosial mediya, sosial jurnalistika ilə bağlı suallarını cavablandırıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.