"20 yanvar faciəsi- xalqımızın qəhrəmanlıq səlnaməsidir" adlı tədbir
19 yanvar 2019 | Sumqayıt rayonu, Azərbaycan Respublikası

19.01.2019-cu il tarixdə Sumqayıt Gənclər evi və Nigart rəsm studiyasının birgə təşkilatçılığı ilə Sumqayıt Gənclər evində 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş "20 yanvar faciəsi- xalqımızın qəhrəmanlıq səlnaməsidir" adlı anım günü keçirilmişdir. İlk öncə anım günündə faciə qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra “Sumqayıt Gənclər evi”nin rəhbəri Pəri Vəliyeva çıxış edərək faciə qurbanlarından, sovet qoşunlarının törətdiyi vəhşiliklərdən, Dövlətimizin 20 yanvar faciə qurbanlarının ruhunun əbədiləşdirilməsi yolunda apardığı uğurlu siyasətdən söz açmışdır. 20 yanvar faciə qurbanlarına həsr olunmuş rəsm sərgisinə baxış keçirildikdən sonra videoçarx izlənilmişdir. Tədbirdə həmçinin gənclərin ifasında vətənpərvərlik ruhunda seirlər də səsləndirilmişdir. Tədbirin sonunda iştirak edən gənc rəssamlara sertifikatlar təqdim edilmiş, bukletlər paylanılmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.