“Kitab və Mən” adlı tədbir
25 yanvar 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

25 yanvar 2019-cu il saat 11:00 tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsində “Kitab və Mən” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqəsəd – Gənclərdə mütaliyəyə maraq yaratmaq idi. Layihə rəhbəri Lamiyə xanım Əliyeva tədbirdə gənclərə kitab oxumağın faydalarından, insanı stressdən azad etməsindən, insanda söz ehtiyyatının inkişaf etdirilməsindən, dünyagörüşünün artırılmasından geniş məlumat verdi. Tədbir gedişində gənclərin oxuduqları kitablar haqqında fikirləri öyrənildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.