"Uşaq İnkişafı Mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilmiş" təlim
21-26 yanvar 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə və ətraf regionlardan olan Uşaq İnkişafı Mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilmiş təlimlər uğurla başa çatmışdır. Gürcüstandan dəvət olunmuş təlimçilər Tamar Kevkhishvili və Nino Mikaia 6 gün ərzində Gəncə şəhəri və Tovuz, Yevlax, Ağdaş, Ağstafa, Samux, Goranboy kimi ətraf rayonlardan olan Uşaq İnkişafı Mütəxəssislərinə müxtəlif reabilitasiya mövzularında təlimlər keçmişlər.

Təlimlər UAFA təşkilatı, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi və “Əlil insanlar üçün Mərkəz” (Gürcüstan) təşkilatları ilə birlikdə “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin icrasına əsasən təşkil olunmuşdur.

Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən bu layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində uğurla icra olunmaqdadır.

Tədbir Gəncə Gənclər evində baş tutmuşdur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.