“Dünyanı rənglərlə tanıyaq” layihəsinin icrasına başlanılıb
25 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationnin maliyyə, Mingecevir Gencler Evinin təşkilati dəstəyi ilə “Dünyanı rənglərlə tanıyaq” layihəsinin icrasına başlanılıb. Layihənin icrasının ilk günündə layihə rəhbəri Ruziyyə Mustafabəyli gənclərə layihə haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb, layihə müddətində gənclərin nəzəri biliklərlə yanaşı praktiki bacarıqlar əldə edəcəyini bildirib. Təlimçi Seymur Seferaliyev gənclərə rənglərin mahiyyətindən, insanların əhval-ruhiyyəsinə, sağlamlığına, yaddaşına təsirindən danışıb, rənglərin ifadə etdiyi mənalar haqqında məlumat verib. Maraqlı oyunla təlimi yekunlaşdıran gənclər sonda kollektiv şəkil çəkdirib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.