“Biznes və Liderlik” təlimlərinin ikinci günü baş tutub
24 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

USAID Qadın İştirakçılığı Proqramı (QİP) və COUNTERPART İNTERNASİONAL təşkilatının dəstəyi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə Mingəçevir şəhərində gənc xanımların iştirakı ilə 3 günlük “Biznes və Liderlik” təlimlərinin ikinci günü baş tutub. Təlimçi Sevda Hüseynova xanımlara SWOT analiz haqqında məlumat verib, maya dəyərinin əhəmiyyətindən danışıb, maya dəyərinin hesablanması qaydalarını izah edib. Gənc xanımlar qruplara bölünərək SWOT analiz üzrə tapşırıqlar yerinə yetirib. Təlimin sonunda xanımlar xatirə şəkli çəkdirib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.