“Təhlükəsiz şəhərim” layihəsinə yekun vurulub
24 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Aytac Abdullayevanın rəhbəri olduğu “Təhlükəsiz şəhərim” layihəsinə yekun vurulub. Layihənin sonuncu təlim günündə gənclərə yol hərəkətinin təhlükəsizliyi üçün tətbiq olunan cərimələr haqqında danışılıb, gənclərin bu mövzuda maarifləndirilməsi həyata keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Daha sonra layihə rəhbəri gənclərə iştirak etdikləri üçün öz minnətdarlığığı bildirib, aktivliyi ilə seçilən gənclərə sertifikatlar təqdim olunub.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.