“Region gənclərinin “Yaşıl” hərəkatı” layihəsinin ikinci təlimi baş tutub
23 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir Gənclər Evində “Region gənclərinin “Yaşıl” hərəkatı” layihəsinin ikinci təlimi baş tutub. Təlimçi Kamal Əhmədov iştirakçılara ekologiya nədir, ekoloji problemləri yaradan səbəblər haqqında məlumat verib. “Təmiz şəhərim” adlı videoçarx nümayişindən sonra gənclər qruplara bölünərək komanda işi icra ediblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.