“Biznes və Liderlik” təlimləri başa çatıb
25 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

USAID Qadın İştirakçılığı Proqramı (QİP) və COUNTERPART İNTERNASİONAL təşkilatının dəstəyi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə Mingəçevir şəhərində gənc xanımların iştirakı ilə keçirilən “Biznes və Liderlik” təlimləri başa çatıb. Təlimin üçüncü günündə təlimçi, jurnalist Seymur Kazımov iştirakçılara ünsiyyət prosesi, nitq mədəniyyəti, PR və reklamın fərqləri, məhsul tanıtımı ilə bağlı məlumat verib. Xanımlar yazılı şəkildə verilən sualları cavablandırıb, suallara əsasən öz sahələrini izah etməyə çalışıb. Sonda təlimdə iştirak edən xanımlar sertifikatlarla təltif olunub.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.