“Təhlükəsiz şəhərim” layihəsinin Mingəçevir Gənclər Evində növbəti təlimi baş tutub
23 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Təhlükəsiz şəhərim” layihəsinin Mingəçevir Gənclər Evində növbəti təlimi baş tutub. Təlimçi Seymur Seferaliyev gənclərə piyada nişanları haqqında danışıb, iştirakçıların nişanlarla bağlı məlumatlarını yoxlamaq məqsədilə test tapşırıqları təqdim edib. Daha sonra gənclər Mingəçevirdə istifadə olunmayan nişanlardan danışıb, bəzi nişanların olmasının vacib olduğunu bildiriblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.