"Beyin oyunları" layihəsi başa çatıb
20 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Vüsal Əliyevin rəhbəri olduğu "Beyin oyunları" layihəsi başa çatıb. Layihənin sonuncu oyunu "Təxmin" formatında keçirilib və yarışda 8 komanda iştirak edib. Üç yarış üzrə yekun nəticələrə əsasən "Panteon" komandası birinci, "Fenomen" komandası ikinci, "Go" komandası isə üçüncü yerə çıxıb. Yarışda ilk üç yeri tutan komandalar sertifikatla təltif olunub və xatirə şəkili çəkdiriblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.