"Sağlam Yaşam Tərzimiz” layihəsi
26-27 yanvar 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib olan “Sağlam Yaşam Tərzimiz” layihəsinin 26 yanvar 2019 - cu il tarixində Gəncə şəhərində Gənclər Evində açılış mərasimi və birinci təlimi həyata keçirilib.

Layihənin əsas məqsədi Gəncə şəhəri və qərb regionlarda yaşayan gəncləri bir araya toplamaq və onların birgə dəstəyi nəticəsində peyntbol komandaları və klubları yaratmaq ,gənclərin boş vaxtlarını səmərəli təşkil olunmasına və onların sağlamlığının və zehni inkişafına dəstək göstərmək istəyirik.

Tədbiri layihə rəhbəri Natiq Pənahov qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmiş, daha sonra isə layihənin məqsədi və layihə çərçivəsində keçiriləcək təlimlər və yarışlar haqqında məlumat vermişdir. Təlimin Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin nəzdində fəaliyyət göstərən Gəncə Təlimçi və Nitq məktəbinin aparıcı təlimçisi Natiq Pənahov oldu. Təlimdə “Sağlam Yaşam Tərzimiz” layihəsinin tərəfdaşları olan Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, həmçinin Gəncə Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rəşad Əlizadə iştirak etmişlər. Layihənin rəsmi qonarları öz çıxışlarında layihə rəhbərinin qrant qalibi olmaq münasibəti ilə təbrik etdilər və layihənin gedişatına uğurlar arzu etdilər. Təlim müddətində iştirakçılar özlərini təqdim edərək öz idman həyatları haqqında çıxışlar etdilər.

Təlim çərçivəsində idman növləri, idmanın yaranma tarixi, sağlam yaşam qaydaları və tərzi və s. kimi haqqında mövzulara toxunulmuşdur. Sonda qonaqlar və iştirakçılar çay fasiləsində müzakirələrini davam etdirdi və xatirə şəkilləri çəkdirdilər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.