Mingəçevir Debatçıları ilə Şəki Skautları arasında görüş
19 noyabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı ilə 19 noyabr 2016-cı il tarixdə şəhər Gənclər Evində Mingəçevir Regional Debat Mərkəzinin debatçıları ilə Azərbaycan Skautlar Assosiasiyasının Şəki Skaut Dəstəsi arasında görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə hərkəsi salamlamışdır. O, qeyd etmişdir ki, müvafiq danışıqlar aparılmış, 2017-ci ildə Mingəçəvir şəhərində də Azərbaycan Skautlar Assosiasiyasının Mingəçəvir Skaut Dəstəsinin yaradılması planlaşdırılır. Daha sonra çıxış edən Şəki Skaut Dəstəsinin rəhbəri Aygün Məmmədli Azərbaycan Skautlar Assosiasiyasının tarixindən, gördüyü işlərdən və əsas məqsədlərindən danışmışdır. Tədbirin sonunda A.Məmmədli tərəfindən Şəki skautlarından birinin "Əl işi" (Zanbaq) Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadəyə təqdim olunmuşdur.

Görüşdən sonra Skautlar Mingəçevir şəhər Gənclər Evi ilə tanış olmuşdurlar. Onlara Gənclər evində gənclərə yaradılan şəraitlə bağlı məlumat verilmişdir.

Daha sonra Skautlar Mingəçevir Regional Debat Mərkəzinin gəncləri ilə birlikdə şəhər gəzintisinə, gəzintidən sonra Avarçəkmə üzrə Uşaq Gənclər İdman Məktəbinə yollanmışdırlar. Skautlar Mingəçevir Regional Debat Mərkəzinə, şəhər Gənclər Evinə və Uşaq Gənclər İdman Məktəbinə təşəkkür edərək Mingəçevirdən xoş təəssüratlarla ayrılmışdırlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.