"2 fevral – Gənclər Günü” –nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə açıq turnir
26 yanvar 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

26 yanvar 2019-cu il tarixində Gəncə Gənclər Evində “2 fevral – Gənclər Günü” münasibətilə gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə açıq turnir təşkil olundu.Gəncədən olan komandalarla yanaşı Mingəçevirdən də gənclərdən ibarət komanda yarışda iştirak edib.

Turnirin nəticəsi olaraq komandalar aşağdakı yerlərə layiq görülüblər:
1. SSRİ
2. FelİNa
3. El-Primero

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.