“Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Gənclər arasında şeir müsabiqəsi
28 yanvar 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

28 yanvar 2019-cu il saat 11:00 tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Gənclər arasında şeir müsabiqəsi keçirildi. Tədbiri “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Əzizağa Quliyev giriş sözü ilə açdı və gənclərə uğurlar arzuladı. Tədbirin keçirilməsində məqsəd - bədii ədəbiyyata maraq oyatmaq idi. Tədbir üç müsiflər heyətindən ibarət idi.

Yarışın qalibləri:
1. Əhmədbəyli kənd tam orta məktəbinin şagirdi Hüseynova Arzu 1-ci yer;
2. Varxənkənd tam orta məktəbinin şagirdi Səfərxanlı Leyla 2-ci yer;
3. Nərimankənd tam orta məktəbinin şagirdi Qubadova Ayşən 3-cü yer.

Şeir müsabiqəsinin qalibləri 2 fevral gənclər günündə mükafatlandırılacaq.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.