“Günəşin doğmadığı gün” adlı anım tədbiri
18 yanvar 2019 | Şirvan rayonu, Azərbaycan Respublikası

18 yanvar 2019 - cu il tarixdə Şirvan Gənclər Evində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Günəşin doğmadığı gün” adlı anım tədbiri keçirildi. Tədbirin açılışında şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olundu. Xalqımızın başına gətirilən qanlı faciənin baş vermə səbəbləri, tarixi, fəsadları haqqında gənclərə geniş məlumat verildi. Gənclər Evinin kollektivi və könüllülərinin 20 Yanvar hadisələri haqqında hazırladıqları videoçarx nümayiş olundu.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.