Magistratura mərhələsi üçün sınaq imtahanı
12 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi “Elm və inkişaf” dərnəyinin tabeliyində fəaliyyət göstərən “Elm və İnkişaf Mərkəzi”nin magistratura mərhələsinə hazırlaşan tələbələr üçün 12 yanvar 2019-cu il tarixində növbəti sınaq imtahanı baş tutub. İmtahanda Universitetin IV kurs tələbələri ilə yanaşı əvvəlki illərin məzunları da iştirak edib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.