“Region könüllülərinin karyera məktəbi” layihəsinin təlimləri başa çatıb. Yekun təlimdə gənclərə könüllü fəaliyyətin şəxsi inkişafa əsas təsirləri haqqında məlumat verilib. Könüllü fəaliyyətin cəmiyyətə faydalarından danışarkən könüllü fəaliyyətin digər şəxslərə yardım etməkdən ibarət olduğunu, eyni zamanda fəaliyyətin bu növünün ictimai yardımlaşmada, ictimaiyyətin sağlam birliyinin formalaşmasında mühüm rol oynadığı qeyd olunub. Cəmiyyətdə insanlararası münasibətlərin möhkəmlənməsində, mənəvi dəyərlərin qorunmasında, ictimai məlumatlılığın artmasında, yaranan sosial problemlərə fərqli yanaşmaların artmasında könüllüyün əhəmiyyəti gənclərin diqqətinə çatdırılıb.
Sonda təlimlərdə aktiv iştirak edən gənclərə sertifikatlar təqdim olunub.