“Region könüllülərinin karyera məktəbi” layihəsinin II təlim günü
09 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Region könüllülərinin karyera məktəbi” layihəsinin növbəti təlimi keçirilib. Təlimin ikinci günündə təlimçi Resad Qurbanov gənclərə könüllülük təsisatları haqqında məlumat verib, beynəlxalq təcrübədə könüllülük fəaliyyətindən danışıb. Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən könüllülük proqramlarını gənclərin diqqətinə çatdırıb. Daha sonra könüllü fəaliyyətlə məşğul olan gənclərin üstünlükləri, CV forması hazırlamaq qaydalarından bəhs olunub.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.