“Əsas həyat bacarıqları” təlimi başa çatıb
10 yanvar 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin, Unicef Azerbaijanın və Mingecevir Gencler Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən növbəti 2 aylıq təlim kursunu uğurla başa vuran gənclərin təltifetmə mərasimi baş tutub.

Gəncləri təbrik edirik! 11 yanvar 2019-cu il tarixindən yeni təlim kursunun qeydiyyatına start veriləcək.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.