"Pedaqoji heyyət üçün” təlim
12 yanvar 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Gənclər evinin fəaliyyət planına uyğun olaraq hazırda İngilis dilinin tədrisi ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzinin IX və XI siniflər üçün buraxılış imtahanında tətbiq etdiyi yeniliklərlə əlaqədar İngilis dili fənnini tədris edən müəllimlər üçün seminar və təlim təşkil edilmişdir. Yanvar ayının 12-də həyata keçirilən tədbirdə Gəncə və Gəncə ətrafı rayonlardan 30 nəfər müəllim iştrak etmişdir. Tədbirin sonunda iştrakçılar sertifikatla təltif olundular.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.