"Warden of The West Azerbaijan 2019” kub yarışı
13 yanvar 2019 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Kub Assosiasiasının təşkilatçılığı ve Gəncə Gənclər evinin dəstəyi ilə baş tutmuş tədbirdə 16 nəfər 8-11-ci sinif şagirdi öz bacarığını sınamışdır. Altı saat davam edən tədbir sonda təltifetmə ilə yekunlaşmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.