“Bu gün öyrən, sabah iş tap” adlı sosial layihə yekunlaşmışdır
10 yanvar 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Bu gün öyrən, sabah iş tap” adlı sosial layihə yekunlaşmışdır. Rayon gənclərinə Suraxanı Gənclər Evində MS Office proqramlar paketi, qrafik dizayner, veb dizayner, veb proqramlaşdırma və mühasibatlıq üzrə 3 ay ödənişsiz kurs keçirilmişdir. Tədris prossesini uğurla bitirən gənclərə müvafiq sertifikatlar təqdim olunub.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.