20 Yanvar şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şahmat yarışı
16 yanvar 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

16 yanvar 2019-cu il tarixində “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin, UGİ-Şahmat məktəbi və Saatlı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Saatlı UGİ-Şahmat məktəbində rayon ümumtəhsil məktəblilərinin şagird kontingenti arasında 20 Yanvar şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şahmat yarışı keçirildi.

Yarışın məqsədi:
1. Azərbaycanda şahmatın inkişaf etdirilməsi, Dövlət Proqramı Haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən vəzifələrin həyata keçirilməsi;
2. Saatlı rayonunda şahmat idman növünü təbliğ etmək və inkişaf etdirmək;
3. İştirakçılar arasında şahmata olan marağı artırmaq;
4. Bacarıqlı şahmatçıları kəşf etmək.

Yarışın qalibləri:
1. Saatlı şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəb. 22,5- balla 1-ci yer.
2. Saatlı şəhər 2 saylı tam orta məktəb. 16,5–balla 2-ci yer.
3. Varxankənd tam orta məktəbi. 15,5–balla 3-cü yer.
4. Saatlı şəhər Valeri Əsgərov adına 4 saylı tam orta məktəb. 10–balla 4-cü yer.
5. Qıraqlı kənd tam orta məktəb. 6,5–balla 5-ci yer.

Yarışın qalibləri 2 fevral gənclər günündə mükafatlandırılacaq.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.