Şirvan Gənclər Evinin tanıtım videoçarxının təqdimatı
09 yanvar 2019 | Şirvan rayonu, Azərbaycan Respublikası

09 Yanvar 2019 - cu il tarixdə Şirvan Gənclər Evinin könüllülərinin Gənclər Evinin tanıdılması ilə bağlı “Bir pianoçunun uğuru” adı altında çəkdikləri videoçarxın təqdimat mərasimi keçirildi. Təqdimatda videoçarx və kamera arxası görüntülər nümayiş olundu. Videoçarxın montaj işlərini həyata keçirən Türkiyənin MAC Reklam Ajansı tərəfindən videoçarxın baş rol ifaçısına, rejissor və ssenaristinə sertifikatlar təqdim olundu. Videoçarx izləyicilər tərəfindən böyük maraqla qarşılandı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.