“Hər kəs bizə baxır “adlı layihəsinin açılış tədbiri
04 yanvar 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

04 yanvar 2019 ci il tarixində “Saatli Gənclər evi“ sosial xidmət müəssisəsində Azərbaycan Gənclər Fondunun XI qran müsabiqəsinin qalibi Mirzəyeva Sadər Nofəl qızının “Hər kəs bizə baxır“ adlı layihəsinin açılış tədbiri keçrildi.Tədbirdə ümumilikdə 60-dan yuxarı rayon gənci iştirak edirdi.Tədbirin həyata keçrilməsində əsas məqsəd hər bir millətin ən qiymətli dəyərləri onun milli mənəvi dəyərləridir.Məhz bu dəyərlərin təbliği mövzusunda baş tutan seminarda nəzərə çatdırılan əsas məqamlar Ulu Öndər Heydər Əliyevin mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həmdə siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildiribki, milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır. Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Bu mənada yalnız milli kimliyi bəlli olan və özünü birmillət kimi dərk edən xalqın aydın və perspektivli inkişaf yolu ola bilər.

Birdə unutmayaq ki, Azərbaycan xalqı bugünədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlayabilib. Milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlət başçısı İlham Əliyevində daim diqqətindədir. Dövlət başçısının sözlərinə əsasən, məhz bu dəyərlər bizi birxalq kimi qoruyub saxlayıb və bugün müstəqillik dövründə Azərbaycanda dövlətquruculuğu prosesidə məhz milli-mənəvi dəyərlər üzərində həyata keçirilir.

Layihə çərçivəsində tədbirlərin 05 mart 2019-cu ilə kimi davam etdirilməsi nəzərdə tutulur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.