“Gənclərin yerli sənət adamları ilə görüşü” adlı tədbir
09 yanvar 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

09 yanvar 2019 cu il tarixində “Saatlı Gənclər evi “-nin təşkilatçılığı və Saatlı Tarix Diyarşünaslıq Muzeyi –nin dəstəyilə “Gənclərin yerli sənət adamları ilə görüşü” adlı tədbir təşkil edildi. Tədbirin birinci hissəsi Saatlı Tarix Diyarşünaslıq muzeyində baş tutdu.Tədbir haqqında qonaqlara Diyarşunaslıq muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, rəssam Surayə Zeynalova məlumat verdi.Mədəniyyət və incəsənət sahəsində öz sözünü demiş yerli sənətkarlarla gənclərin görüşünü təşkil etməyin məqsədi açıqladı : ”Onların öz fikirlərini gənclərlə bölüşmək,mədəniyyət və incəsənət sahələrinə maraqı olan gənclərə dəstək olmaq,bu gün formalaşmaqda olan gəncliyin pis vərdişlərdən uzaqlaşdırmaq sahəsində görülən işlərə tövhə verməkdən ibarət idi. ”

Daha sonra söz “Saatlı Gənclər evinin “ direktoru Əzizağa Quliyevə verildi. “ Fəaliyyətə başladımız gündən bu günə həyata keçrilən layihələr və tədbirlər haqqında məlumat verən” direktor “ bu işlər sırasında mədəniyyət və incəsənət sahələrinə maraqın olduğunu və bu sahələrin gənclər arasında təbliği istiqamətində görülən işlərin əhəmiyyətini vurğuladı.Milli -mənəvi dəyərlərin təbliği istiqamətində mədəniyyət və incəsənətin mühüm yer tutuduğu,yeni -yetmə və gənclərin estetik zövqünün formalaşması istiqamətində mühüm rol oynadığı diqqətə çatdırıldı.”

Daha sonra söz yerli sənətkarlara və gənclərə verildi.

Sərgidən sonra tədbir çay süfrəsi arxasında davam etdirildi.

Sərginin 12 yanvar 2019 il tarixinə kimi davam etdirilməsi nəzərdə tutulur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.